Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Faşağa bölgəsi ilə əlaqədar Sudan və Efiopiya arasındakı münaqişəni həll etmək üçün vasitəçilik təklif edib.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri Efiopiya Baş naziri Abiy Əhmədlə bölgədəki son durum haqda danışıb.
Görüşdə Faşağa bölgəsində Sudan və Efiopiya arasındakı gərginliyin də müzakirə edildiyini bildirən Ərdoğan vurğulayıb:
“Bu məsələni ötən həftə Ankarada Sudan Suverenlik Şurasının sədri cənab Burxanla müzakirə etdik. Münaqişənin iki ölkə arasındakı dialoq və mehriban qonşuluq münasibətləri çərçivəsində həll ediləcəyinə səmimi ümidlərimi diqqətinə çatdırdım. Bu baxımdan, Türkiyə olaraq, vasitəçilik də daxil olmaqla problemin dostcasına həllinə hər cür töhfə verməyə hazırıq”.