Konqresmen Marjorie Taylor Green Əfqanıstan daxil olmaqla, bəzi məsələləri əsas gətirərək Prezident Co Baydenin Konqresdə impiçment elan olunmasını təklif edib.
Teleqraf.com xəbər verir ki, respublikaçı konqresmen Prezident Baydenin 10 mindən çox amerikalının Əfqanıstanda taliblərin hakimiyyəti altında buraxdığı iddiası ilə hakimiyyətdən uzaqlaşdırılmasını nəzərdə tutan qərar layihəsini Konqresə təqdim edib.
“Co Baydenin prezidentliyinin yeddi ayında Amerika dünyanın hörmətini itirdi. Dəlillər aydındır və hərəkətləri o qədər açıqdır ki, ona qarşı impiçment elan edilməlidir ”, - konqresmen bildirib.