8 Noyabr 2014 01:29
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Xarici işlər nazirliyinin sözçüsü Cen Psaki İsrail əsgərlərinin Əl-Əqsa Məscidinə basqını ilə əlaqədar açıqlama verib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Psaki qarşıdurmanın hər hansı bir şəkildə təkrarən başlamasını qınadıqlarını və bunun durdurulmasına çağırışı etdiklərini bildirib.

Psaki mətbuat konfransında Qüdsdəki hadisələri yaxından izlədiklərini bildirib.

ABŞ xarici işlər naziri Con Kerri və digər rəsmilərin israilli səlahiyyətlilərlə Fələstin və İordaniyalı liderlərlə yaxın təmasda qalmağı davam etdirdiyini bildirən Psaki digər ölkələr kimi İsrailin də müasir demokratiyanın standartlarını yerinə yetirmək üçün əlindən gələn hər şeyi etməli olduğunu vurğulayıb.

Psaki mövzuyla əlaqədar bundan öncəki açıqlamasında da "Dünən Əl-Əqsa Məscidindəki qarşıdurmalar, məscidin uğradığı ziyana dair xəbərlər dərin narahatlıq yaradır" demişdi.

Nihad


Müəllif: