Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın federal kansleri Angela Merkeli “Azadlıq” ordeni ilə təltif edib.
Teleqraf.com xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc edilib.
"Ukrayna-Almaniya dövlətlərarası əməkdaşlığının gülcəndirilməsində, Ukraynanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə dəstək verilməsində görkəmli xidmətlərinə görə qərara alıram: Almaniyanın Federal kansleri Angela Merkel “Azadlıq” ordeni ilə mükafatlandırılsın", - fərmanın mətnində deyilir.
Orden Ukraynanın suverenliyinin və müstəqilliyinin bərqərar olması, Ukrayna cəmiyyətinin birliyinin möhkəmləndirilməsi, demokratiyanın inkişafı, sosial-iqtisadi və siyasi islahatların aparılması, insan və vətəndaş konstitusiya hüquq və azadlıqlarının qorunması sahəsində görkəmli və xüsusi xidmətlərinə görə vətəndaşları mükafatlandırmaq üçün təsis edilib.
Qeyd edək ki, Angela Merkel bir günlük rəsmi səfərlə Ukraynadadır. O, bu gün Zelenski ilə görüşüb.