25 Avqust 2021 21:27
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Efiopiyanın şimalında mərkəzi hökumətə qarşı mübarizə aparan Tiqray qiyamçılarını dəstəklədiyinə dair iddiaları rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Əddis-Əbəbədəki səfirliyinin açıqlamasında bildirilib.

“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) silahlı şəxslərə bilərəkdən və ya könüllü olaraq ərzaq yardımı göstərdiyi iddialarını rədd edir”, - açıqlamada qeyd olunub.

Efiopiya mətbuatında USAID-in Tiqray Xalq Qurtuluş Cəbhəsinin (TPLF) üzvlərinə humanitar yardım göndərdiyini yazıb. USAID-dən verilən açıqlamada isə Efiopiya vətəndaşları üçün göndərilən yardımın qiyamçılar tərəfindən ələ keçirildiyi iddia olunub.

Efiopiya ordusu 2020-ci ilin noyabrında qiyamçılara qarşı başladılan əməliyyatlarda qismən müvəffəqiyyət əldə etsə də, humanitar vəziyyəti əsas gətirərək iyunun 28-də Tiqrayın mərkəzindən - Mekelledən geri çəkilib. Təktərəfli atəşkəs elan edən hökumət TPLF-nin şimalda sürətlə irəliləməsindən sonra əks-hücuma keçib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər