27 Avqust 2021 13:47
2 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı analitik Modest Kolerov Azərbaycan ordusunun Ermənistan və İran arasındakı Gorus-Qafan yolunu bağlamasına münasibət bildirb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Ermənistanın “Joxvurd” qəzetinə açıqlamasında danışıb.

Rusiyalı analitik qeyd edib ki, Ermənistanda daxili vəziyyət hələ də qeyri-müəyyən olsa da, Azərbaycan öz proqramlarını həyata keçirməyə davam edir: “Bu vəziyyətin illərlə davam etməsi mümkündür. Rusiyanın iştirakı ilə danışıqlar sabah başlasa belə, başa çatması illər tələb edə bilər”.

İrana gəldikdə, Kolerov xatırladıb ki, Tehran Azərbaycanın ərazi bütövlüyünün bərpasını alqışlayır, ona görə də Ermənistan bu məsələdə ona güvənməməlidir.

Onun sözlərinə görə, Rusiya üçtərəfli danışıqlara başlamağa hazırdır və indi bununla məşğuldur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər