27 Avqust 2021 22:38
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Amerika lideri olaraq qalsaydı, Kabildə partlayışlara icazə verməzdi.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Bu faciə olmamalı idi. Mən sizin prezidentiniz olsaydım, belə olmayacaqdı”, - Ağ Evin keçmiş rəhbəri deyib.

O, həmçinin qurbanların ailələrinə başsağlığı verib və bütün amerikalıların onlarla birlikdə yas saxladığını bildirib.

Tramp əlavə edib ki, Əfqanıstanın paytaxtında baş verən partlayışlar indiki siyasi rəhbərliyin başında dayandığı Amerika qoşunlarının zəifliyini göstərir. O, ABŞ-ın çarəsiz olduğunu, ölkəni nə etdiklərini anlamayan insanlar tərəfindən idarə olunduğunu vurğulayıb.

Keçmiş prezident Kabildəki hücumu “ABŞ-ın başına gətirilən ən utancverici hadisə” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər