Bağdada səfər edən Fransa Prezidenti Emmanuel Makron Şimali İraq Kürd Muxtariyyətinin keçmiş lideri Məsud Bərzani ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, açıqlamada Fransa prezidentinin muxtar bölgənin bir sıra rəhbər şəxsləri ilə də görüşdüyü deyilib.
Bərzani kürdlərə və peşmərgə qüvvələrinə verdiyi dəstəyə görə Fransa liderinə təşəkkür edib.
Makron da kürdlərin lideri haqda xoş sözlərini onun diqqətinə çatdırıb: “Bərzani ilə yaxından tanış olmaq və iki xalq arasındakı hörmət və dostluğunu, İŞİD terrorçularına qarşı mübarizədə Fransanın dəstəyini təsdiq etmək istədim. Bu, peşmərgələrin cəsarətlə vuruşduğunu və ilham mənbəyi olduğunu göstərir. Burada cəsur döyüşçülər olmasaydı, xarici yardımların mənası olmazdı”.
Bərzani və Makron Rojavadakı durumla bağlı da müzakirə aparıb.
Barzani Suriyadakı kürdlərin gələcəyi ilə bağlı narahatlıqlarını Makronla bölüşüb.
Görüşdən sonra Bərzaninin kürdlərin terrorizmə qarşı müqavimətinin simvolu olan “Peşmərgə” heykəlini Fransa başçısına, Makronun da Fransa dövlətinin simvolu olan xüsusi hədiyyəni ona təqdim etdiyi bildirilib.