Kürd peşmərgələri Suriya ərazisində İŞİD liderlərindən birin yaxalamağa müvəffəq olublar. İŞİD-in Kobani komandirləri arasında yer alan Abdulhadi Ubeyd YPG tərəfindən ələ keçirilib.
Teleqraf.com-un “Milliyyət” qəzetinə istinadən məlumatına görə, Kobanidə yerli fəallardan olan Murad Əbu Rəşad verdiyi açıqlamada 11 İŞİD-çinin zərərsizləşdirilidiyini bildirib.
Qarşıdurma zamanı dağıntılar arasında tutulan İŞİD-in şərq cəbhə komandiri Ubeyd “Kobanidə nə edirsən” sualına, “vallah, mən də bilmirəm”, - deyə cavab verib.
|
|