1 Sentyabr 2021 09:20
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın sonuncu əsgəri Əfqanıstanı tərk etdi. Amma bu o demək deyil ki, bizə dost olan bu ölkədə hər şey qaydasında olacaq. Ümumən Əfqanıstan çox qəliz ölkədir, etnik tərkibinə görə də fərqlidir. Bu mənada düşünürəm ki, bu xəmir hələ çox su aparacaq. Əfqanıstan etnik cəhətdən mürəkkəbdir, Talibanın arxasında puştunlar dayanır. Amma onlara tabe olmayan özbək-tacik müxalifəti var və silahlı müqavimət göstərirlər. Bir sözlə, bu, rahat şəkildə həll ediləcək məsələ deyil. ABŞ və digər dövlətlərin ordusunun Əfqanıstandan çıxmasından sonra bu ölkədə hər şeyin qaydaya düşəcəyini gözləmək sadəcə sadəlövlük olardı".

Bu fikirləri Teleqraf.com-a açıqlamasında “Ayna-Zekalo” qazetinin təsisçisi, siyasi təhlilçi Elçin Şıxlı deyib.

O bildirib ki, Əfqanıstanda xeyli silah-sursat və döyüşçü var:

“Hesab edirəm ki, dünya üçün ən təhlükəli məqam İslam fundamentalizmi adı altında başdanxarablıq yayıla bilər. Əslində fundamentalizm dedikdə bunların bir çoxi bisavaddır. Onlar müqəddəs Quran bir yana, heç yazıb-oxumağı da bilmirlər. Təsəvvür edin ki, ölkədə musiqi qadağan edilir. Bu harada görünüb? Eləcə də elan verirlər ki, qadınlar çölə çıxmasın, çünki döyüşçülər qadınlarla necə danışmaq lazım olduğunu bilmirlər. Mən bilmirəm ki, bütün bunlar hansı ağılla edilir və nəticəsi nə olacaq. Açığı, mən oradan yaxşı bir şey gözləmirəm, hətta vətəndaş müharibəsinə qədər dinamika inkişaf edəcək. Bu yaxınlar üçün sakitlik gözləmirəm”.

Elçin Şıxlı xatırladıb ki, indi Kabildə sarayda oturanların çoxu son 20 ilini dağda keçirib, döyüşlərdə olub:

“Yəni bu insanlar son 20 ildə ancaq döyüşüblər, başqa bir işlə məşğul olmayıblar. Yəni əllərindən başqa bir iş də gəlmir. Odur ki, prosesləri müşahidə etmək lazımdır. Mən tezliklə orada yaxşı olayların şahidi olacağımızı gözləmirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər