31 Avqust 2021 19:26
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyalı bir qrup alim araşdırma apararaq pandemiya dövründə koronavirusun simptomlarının necə dəyişdiyini öyrənib.

Teleqraf.com xəbər verir ki, bu barədə medrxiv.org saytında olan materialda deyilir.

Ekspertlər, 2020-ci il aprelin 26-dan 2021-ci il avqustun 7-dək COVID-19 üçün PZR testi müsbət çıxan İngiltərədəki təxminən 28 min insana aid məlumatı araşdırıblar.

Məlum olub ki, xəstəliyin hər hansı bir simptomu yalnız 48 faiz insanda özünü göstərib. Müqayisə qrupuna yeni növ koronavirus üçün cəmi 3.8 milyon mənfi test verən 457 min insan daxil idi. Bu qrupdan simptomlar 3 faiz insanda özünü büruzə verib.

Həmçinin məlumdur ki, əvvəlcə şikayətlərin əksəriyyəti klassik "dörd" simptom ilə məhdudlaşırdı - hərarət, öskürək, iybilmə və ya dadbilmə qabiliyyətinin itirilməsi və ya dəyişilməsi. Lakin artıq bu ilin may ayında xəstələr daha çox başağrısı və bədənin yüksək hərarətindən şikayət etməyə başladılar. Ekspertlər bunu 2021-ci ilin may ayında “delta” ştamının üstünlük təşkil edən variantının yayılması ilə əlaqələndirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər