1 Sentyabr 2021 08:25
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel Taliban hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ilə bağlı yaranmış böhranı “Qərbin açıq-aşkar məğlubiyyəti” kimi xarakterizə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ali nümayəndə, İspaniyanın “Onda Cero” radiostansiyasına müsahibəsində bildirib.

“Əfqanıstanda baş verənlər dəqiq olaraq Qərbin qələbəsi deyil, bu, Qərb üçün açıq-aşkar bir məğlubiyyətdir”, - Borrell belə deyib və lavə edib ki, bu ölkədəki böhran “beynəlxalq münasibətlərdə əhəmiyyətli dəyişikliklərə” səbəb olacaq. O, həmçinin Əfqanıstanda baş verənlərin əfqan xalqı üçün “faciə və fəlakət” olduğunu da qeyd edib.

Borrellin fikrincə, Avropa “baş verənlərdən bir çox məqamlarda dərslər almalıdır”, xüsusən də “ABŞ da daxil olmaqla, müttəfiqlərlə” və “dəyərlərimizin qəbul edilmədiyi planetin o biri tərəfi ilə” münasibətləri hansı şəkildə qurmağı anlamalıdır. Aİ diplomatiyasının rəhbəri bildirib ki, Avropa Birliyi siyasi bir qurum kimi üçüncü ölkələri tanımaq səlahiyyətinə malik deyil və belə qərarları üzv dövlətlər müstəqil şəkildə qəbul edirlər.

Qeyd edək ki, bundan əvvəl J.Borrell Əfqanıstanda humanitar və miqrasiya böhranlarının qarşısını almaq üçün Aİ-nin Talibanın timsalında yeni hakimiyyətlə dialoqa başlamalı olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər