1 Sentyabr 2021 14:23
1 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ilk dəfə olaraq Özbəkistanı təhdid etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Məlumata görə, Taliban onlara hücum etməməyi öhdəsinə götürərək qonşu dövlətlərlə dinc münasibətləri saxlamaq niyyətlərini açıqlasa da, məlum olub ki, taliblər artıq qonşu Özbəkistanı hədələməyə başlayıb. Rus mətbuatı bunun yaraqlıların bu ölkəyə hücum iddiasında olduğunu göstərə biləcəyini qeyd edib.

İddiaya görə, Əfqanıstan ordusuna məxsus hərbi texnikaların qonşu Özbəkistan ərazisində yerləşdirilməsi Talibanın xoşuna gəlməyib. Özbəkistanın bu silahları Talibana qarşı fəal şəkildə mübarizə aparan Pəncşirdəki qüvvələrə göndərdiyi barədə təsdiqlənməmiş məlumatlar var.

Məlumata görə, Özbəkistan ərazisində keçmiş Əfqanıstan Hərbi Hava Qüvvələrinin 50-yə qədər təyyarə və helikopteri var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər