3 Sentyabr 2021 00:43
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 283 nəfər vəfat edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 305 047 nəfər test edilib, 23 946 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 20 004 nəfər sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər