Əfqanıstanda qurulacaq yeni hökumətə Talibanın siyasi qanadının lideri Molla Bəradər başçılıq edəcək.
Teleqraf.com xəbər verir ki, Taliban qaynaqları bu barədə “Röyter” agentliyinə bildiriblər.
Üç fərqli mənbədən alınan informasiyaya görə, Talibanın siyasi qanadının lideri Molla Bəradər Əfqanıstanın yeni hökumətinə rəhbərlik edəcək.
Bəradər əfqan hökuməti ilə Taliban arasındakı sülh müzakirələrinin əsas fiqurlarından biri sayılırdı. Məhz onun iradəsi ilə əvvəlki əfqan hökuməti ilə danışıqlar uzadıldı və beləcə ABŞ-ın Əfqanıstanda çıxması anına qədər razılaşma əldə olunmadı.
Talibanın içindəki mənbələr deyiblər ki, yeni hökumətdə hərəkatın qurucusu olan Molla Məhəmmədin oğlu Məhəmməd Yaqub və Məhəmməd Abbas Staanekzaidə mühüm postlar tutacaq.