4 Sentyabr 2021 15:45
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın Neft Aypara bölgəsində yaşayan insanlar, tələbləri yerinə yetirilənə qədər neft limanlarından ixracatın dayandırılacağını elan ediblər.

Teleqraf.com xəbər verir ki, bölgə xalqını təmsil edən bir qrupun verdiyi açıqlama “Fevral” telekanalının Tvitter hesabında yayımlanıb.

Qrup bəyanatında Brega, Ras Lanuf, Zuvaytine və Sidra neft şirkətlərinin limanlarda neft ixracatını dayandıracağını açıqlayıb.

Açıqlamada, Milli Neft Korporasiyasının (MOK) rəhbəri Mustafa Sanallahın vəzifəsindən azad edilməsi üçün prosedurun başlanmasına və Neft Aypara bölgəsi xalqından seçilən yeni idarə heyətinin formalaşmasına qədər neft ixracına icazə verilməyəcəyi bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər