Türk ordusu İraqın şimalındakı Qara bölgəsində həyata keçirdiyi hava əməliyyatı ilə PKK-nın sözdə “bölgə” nümayəndəsi daxil olmaqla 7 terrorçunu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
“Terrorla mübarizə çərçivəsində Türk Silahlı Qüvvələri İraqın şimalındakı Qara bölgəsində terrorçulara ağır zərbələr endirdi. Qara bölgəsində icra edilən əməliyyat nəticəsində 7 terrorçu zərərsizləşdirilib”,- nazirlik qeyd edib.
Əlavə edilib ki, hava zərbələri sayəsində PKK/KCK terror şəbələsinin sözdə qadın təşkilatının sui-qəsd məktəb nümayəndəsi və xarici əlaqələr nümayəndəsi məhv edilib.
Türk ordusu bəyan edib ki, terrorçuları tapıb məhv etməkdə davam edəcək.