6 Sentyabr 2021 17:47
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Azərbaycanlıları Radasının Xarkov şəhərindəki üzvü “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin qapıları 21-ci dəfə tələbələrin üzünə açılıb.

Teleqraf.com xəbər verir ki, bu ölkədə yaşayanlar üçün Azərbaycan dili, tarixi, mədəniyyəti və adət-ənənələrini öyrənilməsi üçün hər şəraitin yaradılığı məktəbdə bu il 40 çox şagird təhsil alacaq.

Tədbir mərkəzin tələbələri tərəfindən Azərbaycan və Ukraynanın himnləri səslənidirilməsi ilə başlayıb. Bundan sonra Azərbaycan və Ukrayna şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram şənliyini giriş dözü ilə açan “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov İdarə Heyəti adından şagirdləri və onların valideynlərini, eləcə də Mərkəzin müəllimlərini yeni dərs ilinin başlaması münasibətilə təbrik edib və Dostluq Mərkəzinin fəaliyyətindən danışıb.

Ukrayna Azərbaycanlıları Radasının həmsədrləri Oleq Krapivin və Hikmət Cavadovun təbriklərini açılış iştirakçılarına çatdıran qurumun baş katibi Ceyhun Məmmədov “Dostluq” cəmiyyətinin bütün üzvlərinə təşəkkür edib.

“Bu gün Xarkovda Azərbaycan naminə dildə, fikirdə və işdə birliyin şahidi olduq. Gücümüz birliyimizdədir”, - deyən Məmmədov Ukrayna üçün də birliyin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Radasının aparat rəhbəri Elşad İbrahimov uşaqları ən dəyərli hədiyyə olan kitablarla sevindirib. Heydər Əiyev fondunun vitse-prezidenti Leyla Əliyevanın da dəstəyi ilə çap olunan, Ukraynada yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan dərslik kitablarını balacalara təqdim edib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın təşəkkür məktubu təqdim olunub. Xarkov şəhər şurasının nümayəndəsi Nikita Sterin, Xarkov şəhər şurasının katibi İqor Terexovun təbrikləri də iştirakçılara çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər