Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin zirvəsinə qatılmaq üçün ABŞ-a gedəcəyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə liderinin səfərinin 19-22 sentyabr tarixlərində baş tutacağı bildirilib.
Prezident Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasında keçiriləcək liderlərin zirvəsinə qatılacaq və çıxış edəcək.
Ərdoğanın səfəri çərçivəsində bəzi liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
O, İsrail Prezidenti İshaq Hersoqun Nyu-Yorka gələcəyi təqdirdə onunla görüşə biləcəyini deyib.