11 Noyabr 2014 00:52
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Cable News Network (CNN) telekanalı 31 dekabr 2014-cü il tarixdən etibarən Rusiyada kabel şəbəkələrində yayımını dayandıracaq.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Turner Broadcasting System Europe Limited (Time Warner-ə daxildir) kabel operatorlarına xəbərdarlıq göndərib.

"Vedomosti"nin xəbərinə görə, "Vimpelkom" və "Akado"nun nümayəndələri belə bir məktub aldıqlarını təsdiqləyib. Lakin məktibda CNN-in Rusiyada yayımını dayandırmasının səbələri açılanmır. CNN-in Rusiya xidmətindən də bu xəbəri şərh etməyiblər.

CNN 1980-ci ildə Ted Terner tərəfindən yaradılıb və sutka boyu fasiləsiz yayımda olan ilk telekanallardan biridir. Rusiyada CNN-in nümayəndəliyi 1983-cü ildə açılıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər