13 Sentyabr 2021 12:09
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ipsos şirkəti bu il apardığı araşdırmalarda pandemiya ilə mübarizədə ən yaxşı nəticələr göstərən 10 ölkənin adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, siyahıda Almaniya birinci yerdədir. Ardınca Kanada, İsveçrə, Yeni Zelandiya, Avstraliya, Norveç, İsveç, Finlandiya, İslandiya və Hollandiya siyahıda qərarlaşıb.

Fəaliyyəti qiymətləndirilən 60 ölkə arasından Hindistan, Nigeriya və Keniya sonuncu yeri tutub.

Şirkət tərəfindən aparılan tədqiqatda ölkələrin pandemiyaya qarşı fərqli yanaşma, turizm siyasəti, beynəlxalq tədbirlərdə iştirak kriteriyalarını nəzərə alınıb.

İlk onluqda yer alan ölkələr peyvəndləmə sürəti və virusun yayıldığı ərazilərdə görülən tədbirlərə görə yüksək xal toplayıblar.

Koronavirusla mübarizədə zəif performans göstərən Hindistan, Nigeriya, Keniya, Braziliya, Fələstin, Kolumbiya, Botsvana, Tanzaniya, Cənubi Afrika və Ekvador son 10-luqda qərarlaşıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər