14 Sentyabr 2021 11:14
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada 26 sentyabr seçkilərinə hazırlıq davam edir.

Teleqraf.com xəbər verir ki, indiki hökumətdə maliyyə naziri vəzifəsini tutan Sosial Demokrat Partiyasının (SPD) namizədi Olaf Şolz digər iddiaçıları qabaqlayıb.

Almaniyanın “ZDF” kanalının debatlardan sonra keçirdiyi sosialoji sorğulara görə, SPD-nin Almaniya baş naziri postuna irəli sürdüyü namizəd Olaf Şolz öndə gedir. SPD namizədinə respondentlərin 32 faizi səs verib.

Yaşıllar Partiyasının baş nazirliyə namizədi Annalena Baerbokun yaxşı baş nazir olacağına 26 faiz sorğu iştirakçısı inanır.

Merkelin lideri olduğu Xristian Demokratik İttifaqının namizədi Laqsçetə respondentləri cəmi 20 faizi səs verir.

Qeyd edək ki, SPD-nin həmsədri Norbert Valter Borjans türklərlə bir araya gəlib. Siyasətçi görüş zamanı bəyan edib ki, Almaniyaya köç edən türklər ölkəmizin bu gün mövcud olan iqtisadiyyatının gücə çevrilməsinə böyük töhvə verib.

Siyasətçi xüsusilə qeyd edib ki, Avropa Birliyi ilə Türkiyə münasibətlərinin taymaut yaranmadan davam etməsindən yanadır.


Müəllif: Cavad

Oxşar xəbərlər