15 Sentyabr 2021 22:28
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talibanın müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Müttəki Türkiyə ilə yaxşı əlaqələr qurmaq istədiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Müttəki Türkiyə rəsmiləri ilə təmasda olduqlarını bildirib.

“Türkiyədən gözləntimiz Əfqanıstan xalqının yanında olmaq və ölkəmizin infrastruktur işlərinə, xüsusilə də Kabil hava limanının yenidən qurulmasına kömək etməkdir. Bu məsələlrələ əlaqədar Türkiyə ilə təmasdayıq.

Danışıqlarımız ən qısa vaxtda müəyyən nəticələrlə yekunlaşa bilər”, - nazir müavini deyib.

Müttəki Türkiyənin yaxşı hökumətə sahib olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu