21 Sentyabr 2021 23:14
2 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Rusiyanın qanunsuz olaraq ilhaq etdiyi Ukraynanın Krım bölgəsində Dövlət Dumasına keçirdiyi seçkiləri tanımadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, AB-nin 17-19 sentyabr tarixlərində Rusiyada keçirilmiş seçkilərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq müşahidə missiyasının ölçüsünü və formasını ciddi şəkildə məhdudlaşdırdığını bildirib.

Açıqlamada seçkilər ərəfəsində müxalifətçi siyasətçilərə, qeyri-hökumət təşkilatlarına və müstəqil media qurumlarına qarşı təzyiqlərin artdığı deyilib.

Açıqlamada həmçinin AB-nin Krım və Sevastopol şəhərinin qanunsuz ilhaqını tanımadığı və işğal altında olan Krım yarımadasında keçirilən qondarma seçkiləri tanımadığı da bildirilib.

Açıqlamada qeyd olunub:
“Rusiyanın Ukraynanın Donetsk və Luqansk bölgələrini seçkilərə daxil etmək qərarı Minsk razılaşmalarının ruhuna və məqsədlərinə ziddir. AB Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər