Antalya aeroportundan 12,376 kiloqram qızılı Çeçenistana aparmaq istəyərkən yaxalanan Çeçenistan prezidentinin köməkçisi Emruddin Edelgiriyev və dostu Khasan Khakimova hökm oxunub.
Teleqraf.com “Sabah qəzetinə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Edelgiriyev və Khakimov 10 ay müddətində həbs və 5 min türk lirəsi (2200 AZN) pul cəriməsi ilə cəzalandırılıblar.
Qeyd edək ki, Edelgiriyev və Khakimov 2012-ci ilin oktyabrında Türkiyə Gömrük İdarəsi tərəfindən saxlanılıb. Onlar qaçaqmalçılıqda ittiham olunublar.
Samir