Uşaqlar arasında kəskin respirator virus infeksiyaları və qripə yoluxma hallarının artması səbəbindən Yakutskdakı bütün məktəblər sentyabrın 25-dən oktyabrın 8-dək distant təhsilə keçəcək.
Teleqraf.com xəbər verir ki, bunu şəhər təhsil idarəsinin rəhbəri Aleksey Semyenov bildirib.
“Rospotrebnadzor”un regional şöbəsinin məlumatına görə, Yakutskda bir həftə ərzində 8171 kəskin respirator virus infeksiyası və qrip hadisəsinə yoluxma qeydə alınıb, epidemiya həddi 2,6 dəfə keçib ki, bu da əvvəlki həftədən 12,8 dəfə çoxdur.