28 Sentyabr 2021 14:40
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzaq Şərqdə geniş istifadə olunan it ətinin istehlakı ilə əlaqədar olaraq dünyanın dörd bir yanında başlayan etirazlar nəticəsini verməyə başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ilk olaraq Cənubi Koreya it ətininin istehlakını qadağan edən addım atıb.

Yerli medianın məlumatına görə, Cənubi Koreya Prezidenti Mook Jae-İn baş nazirlə yeni hökumət planı haqqında müzakirəsi zamanı it ətinin istehlakı məsələsini də gündəmə gətirib.

İt əti mövzusunda ölkədə mübahisələr davam edir. “Humane Society International” tərəfindən aparılan sorğular koreyalıların 84 faizindən çoxunun it əti yemədiklərini və ya yeməyəcəklərini söylədiklərini. Təxminən, 60 faiz sorğu iştirakçısı bu ticarətin tamamilə ləğv edilməli olduğuna inanır.

İt yetişdiricilərinin nümayəndəsi Cho Hvan bildirib ki, istehlak üçün yetişdirilən itlərin çəkisi 35 kiloqramdan 80 kiloqrama qədərdir: “Bunlar ev heyvanları ilə müqayisədə fərqli bir mühitdə yetişdirilən tamamilə fərqli cinslərdir”.

Cənubi Koreyada itlərin və ya pişiklərin dəhşətli şəkildə kəsilməsinə qarşı qanun qəbul edilib, ancaq it ətinin istehlakına da icazə verilir.

Məlumat üçün bildirək ki, dünyada COVID-19 pandemiyası başlaması ilə paralel olaraq it, pişik, meymun, yarasa və digər heyvanların ətindən istifadəyə qarşı da etirazlar var.


Müəllif: Nemət