22 Oktyabr 2021 10:31
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin 20 ildir Əfqanıstanda olan NATO dövlətlərinin bu ölkədə yaşanan problemlərdən məsul və onların etməli olduğu işin Əfqanıstanın maliyyə fondlarını dondurmamaq və ölkədə sosial, iqtisadi problemlərin həllinə imkan vermək olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, Rusiya lideri Beynəlxalq Voldey Klubunun Soçidəki toplantısında çıxışı zamanı bunu deyib.

Əfqanıstanda mövcud olan vəziyyətin normallaşması üçün iqtisadiyyatın yenidən qurulmasını vacib sayan Putin Çin, və Rusiya kimi Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin bu prosesə qatılmasının önəminə diqqət çəkib.

Deyib ki, Əfqanıstanda yaşanan əsas problemlərin məsuliyyəti 20 ildir bu ölkədə savaşan NATO ölkələrindədir:

“Məncə, indi ilk görəcəkləri addım Əfqanıstan maliyyə ehtiyatlarını dondurmamaq, bu ölkədə prioritet təşkil edən sosial və iqtisadi problemlərinə həllinə imkan verməkdir”.


Müəllif: Nemət