14 Noyabr 2014 03:02
834
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə oktyabrın əvvəlində baş vermiş kütləvi iğtişaşlar zamanı 386 nəfər həbs olunub.

Teleqraf.com-un məlumatına görə, bu barədə ötən gün Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

“Kobani ilə bağlı hadisələrin bəhanəsi ilə razılaşdırılmamış aksiyalar nəticəsində 1598 şübhəli şəxs barəsində 73 cinayət işi başlanıb, 894 nəfər saxlanılıb, 386 nəfər isə həbs olunub. 29 vətəndaş həlak olub”, deyə Bozdağ Türkiyə parlamentində çıxışı zamanı qeyd edib.

Nazir əlavə edib ki, sərbəst buraxılmış 244 şəxs barəsində polis müşahidəsi həyata keçirilir.

Qeyd edək ki, ötən ay Türkiyə dövlətini Suriyanın kürdlərin yaşadığı Kobani şəhərinin “İŞİD” tərəfindən ələ keçirilməsinə laqeyd qalmaqda ittiham edən PKK tərəfdarları zorakılıqla müşayiət olunan kütləvi etiraz aksiyaları keçirib.


Müəllif:

Oxşar xəbərlər