1 Noyabr 2021 12:52
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Raketlərlə təchiz edilən rus qırıcısı Türkiyənin yaxınlığında görünüb. Rus ordusu eyni zamanda ilk dəfə ABŞ qüvvələrinə bu qədər yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, Türk dronu- "Bayraqdar-TB2" Ukraynada keçirilən uğurlu hücumda iştirak etdikdən sonra Rusiya Türkiyə ilə sərhədin 3 kilometrliyinə ilk dəfə hərbi təyyarə endirib.

Son həftələrdə Suriyada rejimə qarşı olan qüvvələri hədəfə alaraq bombardmanlarını artıran Rusiyaya aid S-35 qırıcısının peyk fotoları da ortaya çıxıb.

Türkiyənin Suriya ilə sərhədindən bir neçə kilometr aralıda yerləşən Qamışlıya enən S-35 qırıcısına yüklənən ortamənzilli R-77 və qısamənzilli R-73 raketləri xüsusilə diqqət çəkib. Yerli qaynaqlar Rusiyaya aid Mi-8 helikoterinin də iki Ka-52 helikopteri müşahidəsində Qamışlıdakı hava limanından Hələbə uçduğunu bildirib.

İngilis mediası PKK/YPG terror təşkilatının Qamışlıya enən rus qırıcısının Suriyanın şimalında yerləşən ABŞ hərbi personalına çox yaxınlaşdığını qeyd edib.

Qeyd edək ki, 2015-ci ilin sentyabrından Suriyada başlayan vətəndaş müharibəsi ilə Rusiya prosesə qatılıb. Ruslar xüsusilə, Himeymim və Tartus bazalarında yerləşib. Moskva bu ilin mayında nüvə raketlərini daşıya bilən Tu-22M3 bombardmançı təyyarələrini ilk dəfə Suriyadakı Hmeymim bazasında yerləşdirib.


Müəllif: Nemət

Oxşar xəbərlər