1 Noyabr 2021 23:26
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız tarix professoru Muhamed Ualdi Osmanlını Əlcəzairdə işğalçılıqda ittiham edən Fransa Prezidenti Emmanueal Makrona cavab verib.

Teleqraf.com xəbər verir ki, tarixçi Osmanlının Əlcəzairi qoruduğunu, Fransanın isə işğal etdiyini deyib.

Ualdi Fransa ordusunun 35 ildə 3 milyon əlcəzairlidən 825 mini öldürdüyünü bildirib.

Osmanlı İmperiyasının 1520-ci illərin əvvəlindən 1830-cu illərin əvvəllərinə qədər Əlcəzairdəki hakimiyyətini izah edən Ualdi söyləyib:

“Makron ən azı 5 səbəbə görə səhv edir. Fransızlardan fərqli olaraq osmanlılar Əlcəzairi işğal etməmişdilər. Bu şəhərin elitası, tacir, din alimləri və görkəmli şəxsləri 1519-cu ildə İstanbuldakı Osmanlı sultanlarına müraciət etmişdilər. İspaniya xristianlarından ehtimal olunan hücumlara qarşı dəstək istəmişdilər.

Əlcəzair valilərinin İstanbuldan razılıq almadan geniş manevr imkanları vardı. Bunun Fransa dövlətinin Əlcəzairin üç bölgəsi üzərindəki güclü nəzarəti ilə heç bir oxşarlığı yox idi. Həmçinin, Osmanlı öz gücündən heç vaxt kütləvi köçləri təşviq etməyə çalışmayıb. İstanbul təbii ki, müntəzəm olaraq bir neçə min əsgər və yeniçəri göndərmişdi, amma onların sayı Əlcəzairdə məskunlaşan fransız qoşunları və avropalı miqrantlarla müqayisə edilə bilməz.

Onlar müsəlman torpaqlarının 40 faizini ələ keçirmişdilər. 1830-cu ildə 3 milyonluq Əlcəzair əhalisindən 1875-ci ilə qədər 825 mini öldürülmüşdü. Bu dövrdə əlcəzairlilər sultana məktublar göndərərək, fransız koloniyasını istəmədiklərini yazmışdılar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər