5 Noyabr 2021 13:41
5 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı ilə görüşündə iştirak edən tərcüməçisinin tənqid edilməsinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, nazir bu tənqidləri anlamadığını deyib.

“Prezidentimizin yanındakı tərcüməçi qızımız çox gözəl tərcümə edir. O kimdir? Prezident aparatında baş məsləhətçi işləyən qızdır. Bəs Baydenin yanındakı tərcüməçinin kim oluğunu bilirsiniz? Türkdür! Əgər bir amerikalı bir türk tərcüməçisinə güvənirsə, biz niyə öz övladımıza güvənməyək? Qızımızın üstünə niyə bu qədər getdiyinizi başa düşə bilmədim”, - Çavuşoğlu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər