7 Noyabr 2021 00:27
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) sızdırılan qeydlərində Virciniya ştatında iki ağdərili irqçinin planlaşdırdığı terror aktı planının telefon dinləmələri ilə deşifrə edildiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, ABC News-un əldə etdiyi səs yazılarında 2019-cu ildə Delaver ştatında “The Base” adlı irqçi qruplaşmanın iki üzvünün qanlı plan hazırladığı bildirilib.

Kanada ordusunda xidmət etmiş keçmiş hərbçi Patrik Metyus və Brayan Lemlinin qaradərililəri və polisləri öldürməyi, strateji obyektlərə hücum etməyi planlaşdırdığına diqqət çəkilən xəbərdə məqsədin ABŞ hökumətini devirmək və irqçi vətəndaş müharibəsinə başlamaq olduğu deyilib.

İkilinin Dilan Ruf adlı seriya qatilini həbsxanadan qaçıraraq Virciniya konqresmenini öldürməyi planlaşdırdığı da məlumatda qeyd olunub.

Metyus və Lemli ötən ay Merilend ştatında 9 il azadlıqdan məhrum olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər