14 Noyabr 2014 16:48
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternetdə "Bozun 50 çaları" filminin yeni treyleri paylaşılıb.

Teleqraf.com xəbər verir ki, videoda iki baş qəhrəmanı Kristian Qrey (Ceymi Dornanın ifasında) və Anasteyşa Stili (Dakota Conson) görmək olar. Bütün vizual sıranı Beyonsun "Haunted" adlı kompozisiyasından istifadə edilib.

"Bozun 50 çaları" filmi E.l. Ceymsin eyniadlı kitabı əsasında çəkilib. Onun rejissoru isə aktyor Aaron Consonun həyat yoldaşı Sem Teylor-Consondur. Filmdə sadə tələbə Anasteşya Stil ilə varlı və yaraşıqlı Kristian Qreyin sevgi hekayəsindən danışılır. Təsadüfü tanışlıqdan sonra onların arasında qəribə münasibətlər yaranır. Bir müddət sonra məlum olur ki, Kristian Qreyin qeyri-adi seksual maraqları var və bu maraqlar Anasteyşanı həm qorxdur, həm də cəlb edir.

Film ekranlara fevralın əvvəllərində çıxacaq.

Rüstəm


Müəllif: