9 Noyabr 2021 22:39
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ İranın bölgə ölkələrinə qarşı təhdidedici davranışlarından narahatdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“İran bölgədə sabitliyi pozmağa yönəlmiş addımları, terrorizmə dəstək verməsi, eyni zamanda, həyata keçirdiyi ballistik raketlərlə bağlı proqramlar narahatlıq yaradır. Bundan başqa, İran xarici ölkələrə siyasi təzyiq göstərmək üçün ölkə daxilində onların, eləcə də ABŞ vətəndaşlarını qanunsuz olaraq həbs edir. Bu da narahatlıq yaradan amillərdən biridir”, - Blinken qeyd edib.

Dövlət katibi İranın nüvə silahı əldə etməsinin daha ciddi təhlükələrə yol aça biləcəyini vurğulayıb:

“Hesab edirik ki, İran nüvə silahı əldə etsə, öz sərhədlərindən kənarda sabitliyi pozan gücə çevriləcək. Buna görə də, ABŞ Prezidenti Co Bayden Almaniya, Fransa və Britaniyadan olan həmkarları ilə Romada keçirdiyi görüşlərdə İranı nüvə müqaviləsinə qaytarmaq və onu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün danışıqlar aparıb”.

Bilnken bildirib ki, ABŞ İranı sözügedən müqaviləyə qaytarmaqda qərarlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər