12 Noyabr 2021 15:04
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Avropa Birliyini (AB) Rusiyanın Ukraynanı işğal edə biləcəyinə dair xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Blomberq nəşrinə danışan mənbələr son durumla əlaqədar olaraq ABŞ rəsmilərinin AB rəsmilərini məlumatlandırdığını söyləyiblər.

Məlum olub ki, Rusiyanın Ukrayna sərhədinə çoxlu sayda əsgər və sursat göndərməsindən sonra ABŞ Avropa İttifaqına mesaj verib.

ABŞ rəsmiləri son hadisələrlə bağlı Aİ rəsmilərini məlumatlandırdığını və bölgəni yaxından izlədiyini açıqlayıb.

Rusiyanın yaxın vaxtlarda Ukraynaya qarşı hərbi əməliyyat keçirmə ehtimalına diqqət yetirdiyini qeyd edən ABŞ həmçinin Aİ ölkələri ilə qaçqın və enerji böhranı davam edərkən Moskvanın Ukraynaya müdaxiləsinin mümkün olduğunu bildirib. ABŞ-ın Avropa İttifaqı ilə bəzi sənədləri paylaşdığı qeyd edilib.

Ağ Ev rəsmisi də bölgədə baş verənləri yaxından izlədiklərini açıqlayıb.

Rusiya isə Ukrayna ilə bağlı baş verənlərin daxili işləri olduğunu bildirərək ABŞ-ı ittiham edib. Rusiya rəsmiləri ABŞ-ın Qara dənizə hərbi gəmilər göndərməklə təxribat törətdiyini iddia edib.

Rusiyanın Ukrayna sərhədinə qoşun yeritməsi son vaxtlar gərginliyi artırıb. Almaniya kansleri Merkel dünən Rusiya lideri Vladimir Putinlə görüşüb və Rusiya prezidenti Ukraynanın silahlı pilotsuz təyyarələrdən istifadəsinin razılaşmaları pozduğunu, ABŞ-ın Qara dənizdəki hərbi fəaliyyətinin də narahatlığa səbəb olduğunu bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər