13 Noyabr 2021 13:26
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq hökuməti qaçqın böhranı səbəbindən Belarusa uçuşları dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi qərar çıxarıb.

Nazirliyin sözçüsü Əhməd el-Sahhat bildirib ki, Belarusa uçuşlar dayandırılıb.

O əlavə edib ki, Belarusun Bağdaddakı fəxri səfirinin fəaliyyət icazəsi müvəqqəti dayandırılıb.

Bu addımlarda məqsədin iraqlıları insan qaçaqmalçılığından qorumaq olduğunu bildirən DİN sözçüsü əlavə edib ki, İraqın Moskvadakı səfirliyi Belarus-Polşa sərhədində qalan qaçqın iraqlıların könüllü olaraq ölkələrinə qayıtması üçün iş aparır.

Şimali İraq Kürd Muxtariyyətindən isə bildiriblər ki, bu il 30 min insan Avropaya köç edib. Ötən il isə 28 min insan Ərbili tərk edib.

Məlumat üçün deyək ki, son bir neçə ayda 4 mindən çox insan Avropa ölkələrinə çatmaq üçün Belarusa gedib. Hazırda Belarus-Polşa sərhədində minlərlə iraqlı qaçqın toplaşıb. Bu da Belarusla Avropa Birliyi arasında münasibətləri gərginləşdirib.


Müəllif: Nemət

Oxşar xəbərlər