Ukrayna Müdafiə naziri Aleksey Reznikov ölkənin cənub (Rusiya ilə) sərhədlərində “Neptun” raket sistemləri yerləşdiriləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Reznikov sözügedən sistemlərin Ukrayna Donanmasının xidmətində olduğunu bildirib.
“Yaxın gələcəkdə bu sistemlərin ölkənin cənub sərhədlərində yerləşdirilməsi üçün əlimdən gələn hər şeyi edəcəyəm”, - nazir deyib.
Reznikov bölgədə yeni dəniz hərbi bazasının inşasının da sürətləndiyini açıqlayıb:
“Bu məqsədlə başda strateji müttəfiqimiz ABŞ olmaqla Qərbdən olan tərəfdaşlarımızla məhsuldar şəkildə işləyirik. Qara dənizdə strateji tərəfdaşımız olan Türkiyə ilə əməkdaşlığımıza da diqqət çəkmək istəyirəm. Bir müddət əvvəl “Bayraktar” pilotsuz uçan aparatlar donanmamızın xidmətinə verilib. Bundan başqa, Türkiyə ilə donanmamız üçün hərbi gəminin inşası da davam edir”.