14 Noyabr 2021 19:13
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın şərqindəki Pirot şəhəri yaxınlığında miqrantları daşıyan avtobus aşıb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, daha 20 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəsarət alanların əksəriyyəti azyaşlılardır. Qəza faktı ilə bağlı cinayət işi başlanıb. Pirot polisi avtobus sürücüsünü həbs edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, miqrantları daşıyan avtobusun sürücüsü sürət həddini pozaraq, işıq dirəyinə çırpılıb. Toqquşma nəticəsində avtomobil aşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər