“Birləşmiş Ştatlar rəsmi Dehlinin Rusiyadan “S-400” raket sistemləri alması qərarından narahat olaraq qalır və bunu hindistanlı həmkarlarına çatdırıb”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib.
“Hindistanlı tərəfdaşlarımıza bu sistemlərdən narahat olduğumuzu açıq şəkildə söylədik, deyəcək başqa bir söz yoxdur" dedi. ABŞ müdafiə naziri Dehliyə səfər etdi, biz bu barədə danışdıq və mütləq bu sistemlərdən narahatıq”, - Kirbi əlavə edib.
Hindistan 2015-ci ildə Rusiyadan “S-400” almaq niyyətində olduğunu açıqlayıb. “S-400” sistemlərinin tədarükünə dair 5.43 milyard dollar dəyərində müqavilə Rusiya Prezidenti Vladimir Putinin 2018-ci ilin oktyabrında Hindistana səfəri zamanı imzalanıb. Bu, 2017-ci ildə qəbul edilmiş CAATSA qanununa uyğun olaraq Rusiyadan müasir silah sistemləri və hərbi texnika alan dövlətləri qarşı sanksiyalar tətbiq etməklə hədələyən Vaşinqtonda narazılıq yaradıb. Dehli isə Rusiyanın hava hücumundan müdafiə sistemlərindən imtina etmək fikrində olmadığını açıqlayıb.
ABŞ Rusiyadan “S-400” kompleksləri alan Türkiyəyə qarşı sanksiya tətbiq etsə də, indiyədək Hindistana qarşı belə bir addım atmaması da diqqət çəkir.