Avstraliyanın Brisben şəhərində keçirilən “Böyük iyirmilik” (G20) Liderlər Sammitinin birinci sessiyası başlayıb.
Teleqraf.com “Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sessiyada "Qlobal İqtisadiyyat: İnkişafı Gücləndirmə və Tərtibi" mövzusu müzakirə ediləcək.
Sammitin birinci plenar iclasına Türkiyə baş nazir Əhməd Davudoğlu, ABŞ prezidenti Barak Obama, İngiltərənin baş naziri Devid Kemeron, Rusiya prezidenti Vladimir Putinin də aralarında olduğu G20-yə üzv olan ölkələrin dövlət və hökumət başçıları iştirak edir.
Samir