Çinin Uyğur türklərinə tətbiq etdiyi zülm, təzyiq və zorakılıq səbəbindən ABŞ-ın boykot variantları masadadır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib.
Başda Türkiyə və Qərb dünyası olmaqla, bir çox ölkənin diqqətini çəkən Çinin Uyğur türklərinə təzyiq, zorakılıq və şiddətinə qarşı ən sərt həmlə ABŞ-dan gəlib.
ABŞ Prezidenti Bayden bu səbəbdən Pekində keçiriləcək 2022-ci il Qış Olimpiya Oyunlarına diplomatik boykot tətbiq edilə biləcəyini bildirib.
Çinin Uyğur türklərinə tətbiq etdiyi təzyiqdən narahat olduğunu dilə gətirən Bayden deyib ki, bəhs etdiyi boykot qərarı ABŞ idmançılarına təsir etməyəcək, amma diplomatlar və rəsmilər bu tədbirlərə qatılmayacaq.