Ukrayna prezidenti Pyotr Poroşenko “Luqansk və Donetsk vilayətlərində sosial-iqtisadi vəziyyətin stabilləşməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” fərman imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sözügedən sənəd Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilib.
Fərmana əsasən, 1 ay müddətində Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilən ölkənin Luqansk və Donetsk vilayətlərində yerləşən bütün dövlət müəssisələri təxliyə olunmalıdır.
Bununla yanaşı, sənəddə qeyd olunub ki, adıçəkilən ərazilərdə yerləşən təcridxanalardakı məhbuslar digər əraziyə köçürülməlidir.
Fərmanın digər bəndində isə göstərilib ki, Luqansk və Donetsk vilayətlərinin ərazisində bank əməliyyatlarının həyata keçirilməsi dayandırılır.