ABŞ Dövlət Departamenti gələn həftə Talibanla terrorla mübarizə mövzusunda məsləhətləşmələrə başlayacağını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.
Prays deyib ki, Əfqanıstan üzrə xüsusi elçi Tom Uest Taliban liderləri ilə iki həftəlik görüş üçün Dohaya gedəcək.
Danışıqlara ABŞ vətəndaşları və xüsusi öhdəliklərimiz olan əfqanlar üçün təhlükəsiz səyahət, həmçinin humanitar yardım məsələləri daxildir.
Qeyd edilir ki, ABŞ təkcə bu il Əfqanıstana 474 milyon dollar humanitar yardım vəd edib.