İranda bəzi rəsmi internet saytları kiber hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, xakerlər “Xameneiyə ölüm-Rəcaviyə salam” şüarını rəsmi saytlarda yerləşdirib.
İran mediası elan edib ki, ölkədəki bəzi rəsmi qurumlarına qarşı kiberhücum zaman xakerlər İran lideri Əli Xameneiyə və Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəviyə istinad edərək “Xameneiyə ölüm - Rəcəviyə salam” notu buraxıblar.
Hücumun təsirinə məruz qalan saytlarının tez bir zamanda bağlandığı bildirilib. Məlumata görə, kiberhücumdan Ədliyyə Nazirliyi, Məscid İşləri Mərkəzi və İslam Elmləri Kompüter Araşdırmaları Mərkəzi də daxil olmaqla bəzi qurumlar hədəfə alınıb.