26 Noyabr 2021 13:35
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvada PKK-nın Suriya uzantılarını qəbul edib.

Teleqraf.com xəbər verir ki, Lavrov Moskvada YPG-nin siyasi qanadı Suriya Demokratik Məclisi komitəsinin sədri İlhan Əhməd və digər şəxslərlə müzakirə aparıb.

Rusiya tərəfindən verilən açıqlamada görüşün Suriyada barış prosesinə əlavə müsbət təsir etmək məqsədilə keçirildiyi qeyd edilib.

Rusiya tərəfi Suriyadakı etnik qruplarla Dəməşq rejimi arasında razılaşmanın əldə edilməsi üçün bütün problemlərin kompleks halda həllinə kömək etməyə hazır olduğunu açıqlayıb.

Açıqlamada bu addımların Suriyanın süverenliyi və ərazi bütövlüyünün saxlanması məqsədilə atıldığı da bəyan edilib.

Professor Ece Baban Suriya torpaqlarında ABŞ və Rusiyanın mövcudluğna diqqət çəkərək deyib ki, bu qüvvələr faktiki Suriyada rəqabəti aparır. Onun sözlərinə görə, hər nə qədər ABŞ-ın PYD ilə əlaqələri haqqında danışılsa da, PYD-nin maraqları ilə Rusiyanın maraqları tam fərqlidir: “Burada qlobal terrorla mübarizədə PYD partnyor olaraq ortaya qoyulur. Amma Rusiyaya baxdığımız zaman da Moskvada onların ofisini olduğunu görürük”.

Uludağ Universitetinin professoru Fərhad Pirinci PKK-PYD-yə gəldikdə, yenidən fərqli bir məsələnin olduğunu görünür: “Əvvəla, Rusiya PYD ilə köklü əlaqələrə sahib deyil. Digər tərəfdən baxdığımızda Rusiyanın Fəratın şərqindəki proseslərdən kənarda qalmamaq və lazım gəldikdə Türkiyəyə qarşı təzyiq ünsürü əldə etmək məqasədilə PKK/PYD ilə zaman-zaman görüşlər keçirir. Bu da əvvəlki görüşlərdən biridir”.


Müəllif: Nemət

Oxşar xəbərlər