27 Noyabr 2021 13:06
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Səfər çərçivəsində R.T.Ərdoğanla Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək görüş olacaq. Bunun ardınca iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçiriləcək.

Görüşlərdə Türkiyə ilə Türkmənistan arasında enerji, turizm və ticarət məsələləri başda olmaqla bir sıra məsələlər müzakirə ediləcək.

Danışıqların yekununda ikitərəfli sazişlər imzalanacaq.

R.T.Ərdoğan noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək 15-ci Zirvə toplantısında iştirak edəcək.

* * *

01:03

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, səfər zamanı Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanda keçiriləcək 15-ci zirvə görüşünə qatılacaq.

Səfər çərçivəsində iki ölkə arasındakı münasibətlər bütün aspektlər üzrə müzakirə olunacaq və birgə sazişlər imzalanacaq.


Müəllif: Teleqraf.com