COVID-19 virusunun yeni mutasiyası Omikron tezliklə bütün dünyaya yayılacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin baş sağlamlıq müşaviri, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci deyib.
O bildirib ki, yeni mutasiya kifayət qədər təhlükəlidir:
“Doğrudur, virus ABŞ-a hələ yayılmayıb. Amma yoluxuculuq dərəcəsi yüksək olan virus varsa, hər yerə yayılacaq. Virus ABŞ-a gələrsə, buna təəccüblənmərəm”.