1 Dekabr 2021 14:21
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ağrı və İğdır ərazisində “Eren Qış-9 Şəhid Hüseyn Kələş” əməliyyatına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığındığı hesab edilən terrorçuları zərərsizləşdirmək məqsədilə Ağrı və İğdırda “Eren Qış-9 Şəhid Hüseyn Kələş” əməliyyatına başlanılıb. Əməliyyat Ərzurum Jandarma Region Komandanlığının rəhbərliyi ilə keçirilir. Əməliyyatda 910 hərbçi iştirak edir”, - nazirlik bildirib.

Qeyd edək ki, əməliyyatın keçirildiyi İğdır və Ağrı ərazisi Ermənistan və İranla sərhəd bölgələrdir.


Müəllif: Nemət

Oxşar xəbərlər