1 Dekabr 2021 12:56
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyev özünü düşmən kimi aparsa, Minsk Moskvanın tərəfini tutacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Novosti” agentliyinə müsahibəsində deyib.

“Rusiya Ukraynadan gələn hücumla üz-üzə qalsa, biz ən yaxın əlaqədə olduğumuz ölkənin - iqtisadi, hüquqi, siyasi baxımdan Rusiyanın yanında olacağıq. Əsas olan budur”, - Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, o, heç vaxt bu gün Ukraynada baş verən “millətçi sərxoşluğun” tərəfində olmayacaq:

“Ukraynanın bizimlə olması üçün hər şeyi edəcəyəm. O, bizim Ukraynamızdır, xalqımız oradadır. Bu emosional yanaşma deyil, bu mənim qəti qənaətimdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər